Modern.az

Hansı partiyalar maliyyə hesabatı verib? - SİYAHI

Hansı partiyalar maliyyə hesabatı verib? - SİYAHI

1 Aprel 2023, 14:42

Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların ilkin siyahısını dərc edib.

 

Modern.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış partiyalardan 37-si illik maliyyə hesabatını təqdim edib.

 

2022-ci il üzrə maliyyə hesabatını təqdim edən partiyalar bunlardır:

 

1. Yeni Azərbaycan Partiyası
2. Müstəqil Xalq Partiyası
3. Azərbaycan Təkamül Partiyası
4. “Milli Vəhdət” Partiyası
5. Vətəndaş Həmrəyliyi Partiyası
6. Demokratik İslahatlar Partiyası
7. Azərbaycan Demokratik Maarifçilik Partiyası
8. Böyük Quruluş Partiyası
9. Cümhuriyyət Xalq Partiyası 
10. Klassik Xalq Cəbhəsi Partiyası
11. “Ana Vətən” Partiyası 
12. Azərbaycan Liberal Demokrat Partiyası 
13. Azərbaycan Xalq Partiyası
14. “Qorqud” Partiyası
15. “Ədalət” Partiyası
16. Müsavat Partiyası
17. Milli Cəbhə Partiyası
18. Vətəndaş və İnkişaf Partiyası 
19. "Yeni Yol" Partiyası
20. Milli Dirçəliş Hərəkatı Partiyası 
21. Yeni Zaman Partiyası 
22. Müasir Musavat Partiyası
23. Milli Həmrəylik Partiyası
24. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
25. Azərbaycan Milli İstiqlal Partiyası
26. “Birlik” Partiyası
27. Azərbaycan Demokrat Partiyası
28. Azərbaycan Ümid Partiyası
29. Ağ Partiyası
30. Azad Vətən Partiyası
31. Vəhdət Partiyası
32. Böyük Azərbaycan Partiyası
33. Azərbaycan Sosial Demokrat Partiyası
34. Azərbaycan Sosial Rifah Partiyası
35. Respublikaçı Alternativ (REAL) Partiyası
36. Azərbaycan Xalq Cəbhəsi Partiyası
37. Vətəndaş Birliyi Partiyası

 

Qeyd edək ki, Azərbaycanda ötən il dövlət qeydiyyatına alınmış 59 siyasi partiya olub ki, onlardan 37-si bu günədək MSK-ya maliyyə hesabatı verib. 

 

Xatırladaq ki, Azərbaycandakı siyasi partiyalardan 6-si bu il fəaliyyətini dayandırmaq qərarına gəlib. Onu da bildirək ki, siyasi partiyalar qanunvericiliyə uyğun olaraq, yanvarın 1-dən aprelin 1-dək MSK-ya hesabat verməlidirlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir