Modern.az

Son həftədə koronavirusa yoluxanların SAYI

Son həftədə koronavirusa yoluxanların SAYI

31 İyul 2023, 18:39

Azərbaycanda son 1 həftə ərzində (24-30 iyul) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19-a yoluxan 24 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 1 olub.

 

İndiyədək ölkədə ümumilikdə 832 021 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 714 nəfər müalicə olunaraq sağalıb, hazırda 17 aktiv xəstə var. Bu günə qədər 10 290 nəfər vəfat edib.

 

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 7 661 376 test icra olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi