Modern.az

Avropada təhsil alan gənclər Qarabağda: “Azərbaycanı dünyada təmsil edirik”

Avropada təhsil alan gənclər Qarabağda: “Azərbaycanı dünyada təmsil edirik”

Diaspor

Bu gün, 15:04

Diaspor Gənclərinin VII Yay Düşərgəsi başa çatıb. Bir neçə gün davam edən düşərgə dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlı gəncləri bir araya gətirib.
Düşərgə çərçivəsində gənclər müxtəlif təlim və görüşlərdə iştirak edib, yeni dostluqlar qurub, təcrübə və fikir mübadiləsi aparıblar. Diaspor gənclərinin belə layihələrdə bir araya gəlməsi onların əlaqələrinin və əməkdaşlıq imkanlarının genişlənməsinə də töhfə verir.

İtaliyada təhsil alan Banu Aslan Modern.az-a açıqlamasənda deyib ki, Avropada oxumaq ona beynəlxalq dünyagörüşü, ünsiyyət bacarıqları və turizm-iqtisadiyyat sahəsində akademik biliklər qazandırdırıb:


“Hazırda İtaliyanın Palermo universitetində və Xorvatiyanın Dubrovnik universitetində biznes iqtisadiyyat və turizm üzrə magistr səviyyəsində 2-ci kurs tələbəsiyəm. 
Bu proqram mənə təkcə bir ölkədə deyil, eyni anda həm Mərkəzi Avropa/Adriatik (Xorvatiya), həm də Aralıq dənizi (İtaliya) turizm və biznes modellərini yerində müqayisəli şəkildə öyrənmək imkanı verir.
Sənədləşmə və qəbul prosesi müəyyən dərəcədə diqqət və akademik hazırlıq tələb edirdi, lakin məqsədim bəlli olduğu üçün bütün mərhələləri uğurla keçdim.
​Təhsilimi qiymətləndirməli olsam, bu addımın həyatımdakı ən doğru qərarlardan biri olduğunu əminliklə deyə bilərəm. Avropada təhsil mənə təkcə nəzəri biliklər vermədi, həm də beynəlxalq təfəkkür, dünyanın bir çox ölkələrindən minlərlə tələbələrlə birlikdə oxumaqla fərqli mədəniyyətlərlə ünsiyyət (soft skills) və turizm, iqtisadiyyat üzrə  akademik biliklər əldə ettim”.

“Diaspora ilə əlaqələrim mən bakalavr Bakı Slavyan unisində (xarici dil müəllimliyi) oxuduğum vaxtdan bir çox dövlət qurumlarında könüllü olmuş, aktiv layihələrdə iştirak etmişəm, Diaspora ilə əlaqəm də bakalavr vaxtı komitədə könüllü olduğum zaman kəsişib və bundan sonra komitənin sosial medya səhifələri izlədim və keçirilən layihələrdən xəbərim oldu. Eyni zamanda Avropaya ayaq basdığım ilk gündən özümü sadəcə bir tələbə kimi deyil, ölkəmin oradakı gənc diaspor nümayəndəsi kimi hiss edirəm və bacardığım qədəriylə ölkəmi və eləcə də mədəniyyətini, musiqisini və s. göstərməyə çalışıram. Zəngilan və Laçın kimi işğaldan azad olunmuş və sürətlə bərpa olunan Vətən torpaqlarında keçirilən bu düşərgədə iştirak etmək mənə həm bir azərbaycanlı kimi böyük qürur verir, həm də bir turizm və iqtisadiyyat tələbəsi kimi baxdıqda gələcəkdə ölkəmizin beynəlxalq təbliğatı üçün yeni layihələr hazırlamağa böyük motivasiya yaradır” - o, deyib.

Almaniyada təhsil alan Humbat Humbatov özünün akademik karyerası haqda məlumat verib, düşərgədən bəhs edib:


“Mənim 21 yaşım var. Hazırda Almaniyada iqtisadiyyat ixtisası üzrə təhsil alıram. Almaniyada təhsil almaq qərarını ona görə verdim ki, həm yüksək səviyyəli təhsil almaq, həm də beynəlxalq mühitdə inkişaf etmək istəyirdim. Düzdür, ilk vaxtlar dil baxımından müəyyən çətinliklər oldu, amma zaman keçdikcə bunları aradan qaldırmaq mümkündür. Ümumilikdə Almaniyanın təhsil sistemini çox yüksək qiymətləndirirəm. Tədris həm nəzəri, həm də praktik biliklərə əsaslanır və bu da tələbələrin inkişafına böyük töhfə verir. Bu proqram mənə çox müsbət təcrübə qazandırdı. Müxtəlif ölkələrdən olan gənclərlə tanış olduq, yeni biliklər əldə etdik və gələcəkdə onların bir çoxu ilə Azərbaycan Respublikasının maraqları naminə əməkdaşlıq etmək imkanımız olacaq. Diaspor fəaliyyəti mənim üçün də çox önəmlidir. Ştutqartda Azərbaycan gənclərinin daha da fəal olmasına və diasporumuzun inkişafına öz töhfəmi vermək istəyirəm. Harada yaşamağımdan asılı olmayaraq, ölkəmi hər zaman layiqincə təmsil etməyə, Azərbaycanın inkişafına və xüsusilə azad edilmiş torpaqlarımızın inkişafına dəstək olmağa çalışacağam. Bununla qürur duyuram”.

Nicat Rüstəmzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada gizli səfərbərlik başladı - Yarım milyon adam...