Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsi yekunlaşıb.
Modern.az-ın Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən əldə etdiyi məlumata görə, vakansiya seçiminin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.
Uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər.
Müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Xatırladaq ki, müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi 12 avqust - 15 avqust aralığında aparılıb.
Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malik olublar.