Modern.az

BƏƏ-də raket təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

BƏƏ-də raket təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

Dünya

19 Avqust 2026, 00:09

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin raket təhlükəsi aşkarladığını açıqlayıb.

Modrn.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində paylaşım edilib.

Ölkənin Daxili İşlər Nazirliyi də əhaliyə potensial raket təhlükələri ilə bağlı telefon xəbərdarlığı göndərib.

“Hazırkı vəziyyətlə əlaqədar potensial raket təhlükələri mövcuddur. Dərhal ən yaxın təhlükəsiz binada qorunan yerə keçin”, – xəbərdarlıqda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?