Modern.az

“Qırmızı Körpü”də 1000-dən çox avtomobil gözləyir 

“Qırmızı Körpü”də 1000-dən çox avtomobil gözləyir 

İqtisadiyyat

18 Avqust 2026, 18:44

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 1030 avtomobil gözləyir.

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 47, Azərbaycan-İran sərhədindəki “Astara” gömrük postunda isə 37 yük maşını var.

Hazırda “Xanoba”, “Mazımqara” və “Biləsuvar” gömrük postlarında gözləyən avtomobil yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?