Modern.az

Rektor YAP-ın deputatlığa namizədi oldu

Rektor YAP-ın deputatlığa namizədi oldu

17 İyul 2024, 15:16

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 51 saylı Şirvan seçki dairəsindən Heydər Xanış oğlu Əsədovu özünün deputatlığa namizədi göstərib.

 

Modern.az-ın məlumatına görə, Heydər Əsədov hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasına rektoru vəzifəsində işləyir. O bu posta 2019-cu ilin aprel ayının 3-də təyin olunub.

 

 Heydər Əsədov 1995-ci ildə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

 

22 oktyabr 2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri