Məktəb müəllimindən az maaş alan alim nə ilə dolansın...

Məktəb müəllimindən az maaş alan alim nə ilə dolansın...

3 Dekabr 2022, 15:40

Azərbaycanda elm xadimlərinin maddi durumunun ürəkaçan olmaması heç kimə sirr deyil. İllərini elmin inkişafına həsr edən şəxslərin aldıqları maaş nə onların normal yaşayışına bəs edir, nə də yeni uğurlar qazanmasını stimullaşdırır.

 

Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda dediyi kimi, hətta bir çox alimlər ibtidai sinif müəllimlərdən də az maaş alır.

 

“Hazırda ibtidai sinif müəlliminin əməkhaqqısı hər hansı tədqiqat institutunun direktorununkundan çoxdur”,- deyə nazir etiraf etmişdi.

 

Bəs, elm adamlarının maaşı nə vaxt artacaq?

 

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, alimlərin maaşının artırılması məsələsinə mütləq baxılmalıdır:

 

“Parlamentin həm komitə iclasında, həm də plenar iclasında bu məsələyə toxunmuşdum. Elmə marağı artırmaq, insanları elmə yönəltmək üçün alimlərin maaşına baxmalıyıq. Bununla bağlı təşəbbüslər Elm və Təhsil Nazirliyindən, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) gəlməlidir. Qurumlar qarşısında məsələ qaldırılmalıdır ki, alimlərin, elmə xidmət edən şəxslərin maaşları artırılsın”.

 

Deputat hesab edir ki, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinə görə, minimum 60 -100 manat olan əlavələrin artırılması mütləqdir. Bundan əlavə, dərs saatlarına görə də vəsait artırılmalıdır.

 

“Bu gün alimlərin də, elm sahəsində çalışanların da maaşlarının artırılmasına ehtiyac var. Maaş aşağı olduğu üçün elm sahəsinə üz tutanların sayı azdır və getdikcə azalır. Qonşular və digər ölkələrdə alimlərin maaşı çox yüksəkdir. Akademiya sistemində 400-500 manat maaş alanlar var, bəzi universitetlərdə müəllimlərin maaşı 500 manatdır. İndiki dövrdə bu maaş yetərli deyil”, - parlamentri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq