Modern.az

Sənətkara qiymət verməyəni belə basdıracaqlar - Deputat

Sənətkara qiymət verməyəni belə basdıracaqlar - Deputat

22 Fevral 2023, 16:42

Ötən gün dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla vida mərasiminin rəsmi səviyyədə təşkil olunmaması cəmiyyətin qınağına tuş gəlib. Sevilən aktyorun sənət yoldaşları vida mərasiminin mərhumun yaşadığı evdə keçirilməsinə məyus olublar və buna görə Mədəniyyət Nazirliyinə iradlarını bildiriblər.  Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə deputatlardan da reaksiya gəlib.

 

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbasov Modern.az-a bildirib ki, Xalq artisti Ramiz Novruzla vida mərasimi teatrlardan birində keçirilməli idi, evində yox.

 

“Xalq artisti kimi Ramiz Novruzun vida mərasimi teatrlardan birində, ən azından Aktyorlar Evində keçirilə bilərdi. Buna baxmayaraq, vida mərasimi təmtəraqsız keçdi deməzdim. Çünki onu son mənzilə xalq yola saldı. Jurnalistlər, sənət yoldaşları da orada idi. Alqışlarla yola saldılar.  Hansısa nümayəndənin gec gəlməsi ilə mərasim təmtəraqsız olur? Əlbəttə, yox. Ancaq mən dünən yaşanmış vəziyyəti pis dəyərləndirirəm. Qoy, sənətkara belə qiymət verənlərin özləri bunu düşünsün. Onların özlərini başqa cür basdıracaqlar. Heç olmasa Ramiz Novruzu jurnalistlər, sənət yoldaşları, ictimaiyyət nümayəndələri alqışlarla dəfn etdilər. Sənətkara qiymət verməyəni alqışsız basdıracaqlar. Onları son mənzilə belə yola salacaqlar. Yaxşı olardı ki, bunu dərt etsinlər”.

 

 

Deputat Mədəniyyət Nazirliyi ilə bağlı şikayətlərə də toxunub:

 

“Doğrudur, hələ nazir təyin olunmayıb. Nazirin səlahiyyətlərini icra edən şəxs yeni işə başlayıb. Ona görə də kəskin danışmaq istəmirəm. Qazan örtülü qaynayır. Bilmirik necə olacaq. Bəlkə, heç kabinetində oturmayıb.  Oturubsa da, işçilərinin nömrəsini bilmir. İndidən onu tənqid etmək istəmərəm. Görək necə olur?”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir