Modern.az

Bələdiyyələrlə bağlı hesabat qəbul edildi

Bələdiyyələrlə bağlı hesabat qəbul edildi

24 Fevral 2023, 12:38

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzə təsdiqlənib.

 

Modern.az xəbər verir ki, 2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

 

2022-ci ildə inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min hektar torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib. Nəticədə 1.045 ha torpaq sahəsinin mülkiyyətə, 12.043 ha torpaq sahəsinin icarəyə, 1 ha torpaq sahəsinin isə istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib, bütövlükdə 13.089 ha (2021-ci illə müqayisədə 44 % çox) torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 911 ha torpaq sahəsi ilə bağlı təklif və iddialar isə baxılmaqdadır.

 

Bələdiyyə aktlarının ləğvi və dəyişdirilməsi nəticəsində onların mülkiyyətinə və ya sahibliyinə qaytarılmış torpaq sahələrinin 7.423 hektarını örüş sahələri təşkil edir. Əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması üzrə bələdiyyələrlə metodoloji iş davam etdirilib. Nəticədə 2022-ci ildə 167 bələdiyyənin ümumilikdə 15 min hektardan çox torpaq sahəsini əhatə edən 1.836 icarə müqaviləsində icarə haqqı təqribən 552 min manat (1,8 dəfə) artıb.

 

Ümumilikdə 2021-ci və 2022-ci illərdə 457 bələdiyyə üzrə 3.906 icarə müqaviləsində (34 min ha torpaq sahəsini əhatə edir) icarə haqlarının artımı 1,5 milyon manata yaxın (2 dəfə) təşkil edib. İl ərzində torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların 2 milyon manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib.

 

Qeyd edək ki, illik məruzə parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu