Modern.az

Xanım deputat yenidən namizədliyini irəli sürüb

Xanım deputat yenidən namizədliyini irəli sürüb

Parlament

26 İyul 2024, 11:40

VI çağırış Milli Məclisin deputatı Sevil Mikayılova sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, o, 58 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürüb.

 

Məlumata görə, o, artıq sənədlərini müvafiq Dairə Seçki Komissiyasına təqdim edib.

 

Qeyd edək ki, Əməkdar jurnalist 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olub. O, 2020-ci ildə keçirilən seçkilərdə 56 aylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri