Modern.az

Ermənilər 5 rayonu qaytarmalı, 2 rayonu saxlamalı idilər - Lavrov

Ermənilər 5 rayonu qaytarmalı, 2 rayonu saxlamalı idilər - Lavrov

1 Dekabr 2022, 15:22

“Hələ 2012-ci ildə Rusiya Federasiyası təkliflər vermişdi və onlar qəbul olunsaydı, Dağlıq Qarabağ problemi birdəfəlik bağlanacaqdı”.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.
 

“Ən azı o dövrdən Qarabağın statusunu sonraya təxirə salan konsepsiya ortaya çıxdı. Konsepsiya çox sadə idi: ermənilər Azərbaycanın Qarabağ ətrafındakı 5 rayonunu tərk edir, Ermənistanı Qarabağla birləşdirən 2 rayonu (Laçın və Kəlbəcər-red.) isə özlərində saxlayır. Azərbaycana məxsus olduğu mübahisə doğurmayan bu 2 rayonun taleyi isə Qarabağın statusunun təyin edilməsilə birlikdə həll olunacaqdı.
Məhz o zaman "statusun sonraya buraxılması" anlayışı ilk dəfə ortaya çıxdı”, - Lavrov bildirib.

O deyib ki, 2020-ci ilin payızında əvvəlcə müharibə baş verdi, sonra tərəflər arasında danışıqlar oldu, üçtərəfli bəyanatlar qəbul edildi.

Rusiya XİN rəhbəri xatırladıb ki, sonralar prezident Vladimir Putinin iştirakı ilə Ermənistan və Azərbaycan liderlərini bir araya gətirən üç sammit - ikisi Moskvada, biri Soçidə - keçirildi. 

“Statusun “sonraya saxlanılması” ifadəsi "gələcək nəsillərə" anlamını verir. Yəni belə bir anlayış var idi ki, Qarabağın statusu sonraya təxirə salına bilər. Və bundan çıxış edərək, Rusiya yazda tərəflərə təhvil verilən sülh müqaviləsinin öz variantını tərtib etdi, Orada da həmin ifadə (“statusun sonraya saxlanılması”–red.) saxlanılıb.
Yeri gəlmişkən, Azərbaycan tərəfi demək olar ki, hər şeyi dəstəkləməyə hazır olduğunu bildirib, lakin status məsələsi daha aydın işlənməlidir.

Oktyabrın sonunda Soçidə keçirilən görüşdə biz bu məsələyə yenidən qayıtmaq və anlamaq istəyirdik ki, tərəfdaşlarımız həmin centlemen anlayışı əsasında hərəkət etməyə - Qarabağın statusunu sonraya buraxmağa hazırdılarmı...
Lakin prezident Əliyev və baş nazir Paşinyan Soçiyə gələndə özlərilə Praqadan sülh müqaviləsi gətirmişdilər – həmin sənəddə onların sülh müqaviləsini BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub.

MDB-nin yaradılması ilə bağlı Alma-Ata Bəyannaməsində isə açıq-aydın göstərilir ki, yeni dövlətlər arasındakı sərhədlər keçmiş SSRİ-nin ittifaq respublikaları arasındakı inzibati sərhədlərə əsaslanacaq, bu da Dağlıq Qarabağ Muxtar Vilayətinin birmənalı olaraq Azərbaycan SSR-in tərkib hissəsi olduğu anlamındadır.

Və bu müqaviləni imzalamaq istəyən erməni həmkarlarımız bizə deyəndə ki, qoy Rusiya Federasiyası Qarabağın statusu ilə bağlı təkliflərini təsdiq etsin, yaxşı, özünüz başa düşürsünüz ki, bu, bir az danışıqlar operasından yox, başqa operadandır”.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir