Modern.az

Separatçılar yeni təxribata HAZIRLAŞIR

Separatçılar yeni təxribata HAZIRLAŞIR

6 Mart 2023, 13:28

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə separatçı rejim sakinlərə silah paylamağa hazırlaşır. 

 

Modern.az xəbər verir ki, bununla bağlı erməni telegram kanalları informasiya yayıb.

 

Məlumatda bildirilib ki, əli silah tuta bilən hər kəsə silah veriləcək və bacarmayanlara isə təlim keçiriləcək. Həmçinin, separatçılar özünü müdafiə dəstələri yaratmağı planlaşdırır.

 

Qeyd edək ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə Xocalıda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirilən görüşdən bir neçə gün sonra Ermənistan təxribata əl atıb. Müdafiə Nazirliyinin məlumatına görə, mart ayının 5-də Ermənistandan Azərbaycan ərazilərinə hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin daşınması barədə məlumat əldə edilib və qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

 

Yoxlama cəhdi zamanı qarşı tərəfdən Azərbaycan hərbçilərinə atəş açılıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Şəhidlərimizin qanı yerdə qalmayıb. Görülən cavab tədbirləri zamanı 3 erməni təxribatçı məhv edilib, 1-i ağır yaralanıb. Məhv edilən erməni separatçılardan biri leytenant, biri mayor, digəri polkovnik-leytenant rütbəsini daşıyıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?