Modern.az

Yaxın günlərdə Laçın dəhlizində postlar qurulacaq

Yaxın günlərdə Laçın dəhlizində postlar qurulacaq

6 Mart 2023, 13:48

Müdafiə Nazirliyinin məlumatına görə, mart ayının 5-də Ermənistandan Azərbaycan ərazilərinə hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin daşınması barədə məlumat əldə edilib və qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.

 

Yoxlama cəhdi zamanı qarşı tərəfdən Azərbaycan hərbçilərinə atəş açılıb. Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

 

Şəhidlərimizin qanı yerdə qalmayıb. Görülən cavab tədbirləri zamanı 3 erməni təxribatçı məhv edilib, 1-i ağır yaralanıb. Məhv edilən erməni separatçılardan biri leytenant, biri mayor, digəri polkovnik-leytenant rütbəsini daşıyır.


 

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu yaxın vaxtlarda Laçın yolunda sərhəd və gömrük postları qurulacağını bildirib.

 

"Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatları, o cümlədən Ombudsmanın bugünkü açıqlaması birmənalı şəkildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması vacibliyindən xəbər verir. Bu o deməkdir ki, qərar verilib, yaxın günlərdə Laçın yolunda sərhəd və gömrük postları qurulacaq. Bu işin asan olmayacağı bəllidir. Bir tərəfdən məsələnin hərb-texniki tərəfləri həll edilməli, digər tərəfdən bu çalışmalar bölgədəki Rusiya hərbi kontingenti ilə toqquşmadan baş verməlidir. Şuşa kimi istehkam şəhəri işğaldan qurtardıqsa, yolda sərhəd və gömrük postları qurub sərhədi nəzarətə götürməyi də bacaracağıq"- deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?