Modern.az

“Real”ın 12 milyona aldığı oyunçu futbolu buraxdı

“Real”ın 12 milyona aldığı oyunçu futbolu buraxdı

Aktual

11 İyul 2016, 15:15

“Real” Madridin keçən mövsüm 12 milyon avroya transfer etdiyi 23 yaşlı Lukas Silva ürəyindəki problem səbəbiylə futbolu buraxıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın gənc futbolçusu Lukas Silva ürək narahatlığı səbəbiylə futbolu buraxdığını açıqlayıb. Ötən mövsümdə “Real”a 12 milyon avroya transfer edilən 23 yaşlı orta sahə oyunçusu Lissabon “Sporting”inə icarəyə getməyə hazırlaşırdı.

 Qeyd edək ki, futbolu buraxdığını Instagram hesabından çatdıran Silva Braziliyada forma geydiyi dövrdə ilin oyunçusu seçilmişdi və gələcək vəd edən adlar arasında göstərilirdi. Həmçinin o, “Qalatasaray”ın da transfer siyahısında yer alan futbolçulardan biri idi.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı