Modern.az

Zaqatalada iki azyaşlı dərəyə yıxılıb: bir ölü, bir yaralı

Zaqatalada iki azyaşlı dərəyə yıxılıb: bir ölü, bir yaralı

Aktual

17 İyul 2016, 23:17

Zaqatalada dağlıq ərazidə oynayan iki azyaşlı uşaq dərəyə yıxılıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, onlardan biri ölüb, digəri isə ağır xəsarət alıb.

 

Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinlərinin verdiyi məlumata görə, hadisə iyulun 17-i günorta saatlarında kəndin yuxarı hissəsində, dağlıq ərazidə baş verib.

 

Yuxarı Çardaqlar kənd sakinləri olan 2010-cu il təvəllüdlü Mələk Məmməd qızı Yəhyəyeva və 2011-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu Qurbanov ehtiyatsızlıqdan 6-7 metr dərinliyindəki dərəyə yıxılıblar. Uşaqlar kənd sakinlərinin köməkliyi ilə dərədən çıxarılıblar. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 6 yaşlı Mələk Yəhyəyeva və 5 yaşlı Rəcəb Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım şöbəsinin ambulator maşını ilə xəstəxanaya aparılarkən Rəcəb Qurbanov aldığı ağır bədən xəsarətlərindən yolda ölüb.

 

Zaqatala RMX-dan verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mələk Yəhyəyevaya ağır kəllə beyn travması dioqnozu qoyulub, vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı