Modern.az

Yerevandakı silahlı dəstə sonuncu girovları də azad edib

Yerevandakı silahlı dəstə sonuncu girovları də azad edib

Aktual

23 İyul 2016, 15:48

Ermənistan paytaxtında polis alayının binasını ələ keçirən silahlı dəstə üzvləri girovluqda saxladıqları sonuncu şəxsləri – Ermənistan baş polis idarəsinin rəis müavini, general-mayor  Vardan Yeqiazaryanı və Yerevan polis idarəsinin rəis müavini, polkovnik Valeri Osipyanı azad edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bundan öncə, binadan daha 2 polis əməkdaşı azad edilmişdi.

 

Bütün girovları azad edən 20 nəfərlik silahlı qrup polisə təslim olmaqdan imtina edir.

 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı