Modern.az

Bir ailənin 5 üzvü qoyun ətindən zəhərlənib

Bir ailənin 5 üzvü qoyun ətindən zəhərlənib

Актуально

31 İyul 2016, 22:57

Tovuzda bir ailənin 5 üzvü qoyun ətindən zəhərlənib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azadlı kəndində qeydə alınıb. Kənd sakini 1971-ci il təvəllüdlü Nizami Musayev, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Zərifə Əhmədova, oğlu 1995-ci il təvəllüdlü Rövşən, qızı 1994-cü il təvəllüdlü Lalə, nəvəsi 3 yaşlı Ömər zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.

 

Onlara dərhal tibbi yardım göstərilib. Məlumata görə, ailə üzvləri qoyun əti yedikdən sonra zəhərlənmə əlamətləri hiss edərək xəstəxanaya müraciət ediblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı