“Həm şəhid ailələrinin, həm də valideynlərini itirmiş uşaqların 23 yaş məhdudiyyəti götürlməlidir. Yəni onlar istənilən yaşda ödənişsiz təhsil ala bilsinlər”.
Modern.az xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin iclasında
"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna edilən dəyişiklikdən danışarkən deyib.
“Həm şəhid ailərinin övladları, həm də valideynini itirmiş şəxslərin ödənişsiz təhsil almasına yaş məhdudiyyəti qoyulmamalıdır. Cənab prezidentin 2014-cü ildə imzaladığı sərəncamda da yaş məhdudiyyəti yoxdur.”
Növbəti təklifim isə onların özəl, dövlət və həm də bələdiyyə hesabına olan təhsil müəssisələrində ödənisiz təhsil almalıdırlar. Burada da 23 yaş məhdiyyəti götürülməlidir.
Ağa AKİFOĞLU