Modern.az

“SOCAR səhmlərini satışa çıxarmayacaq”

“SOCAR səhmlərini satışa çıxarmayacaq”

Aktual

18 Oktyabr 2016, 10:45

“SOCAR səhmlərini satışa çıxarmayacaq”. Modern.az  xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.


O bildirib ki, gələcəkdə SOCAR-ın gəlirlə işləyən birgə müəssisələrinin birjada səhm satışı təşkil edilə bilər.

R.ABdullayev həmçinin qeyd edib ki, Dövlət Neft Şirkəti (SOCAR) bazardakı tələbdən asılı olaraq daha bir istiqraz emissiyası həyata keçirə bilər.

“Əgər bu, baş versə, həmin istiqrazların gəlirliliyi ilk emissiyaya nisbətən aşağı olacaq”.

Şirkətin kapital bazarları üzrə məsləhətçisi Ali Ağaoğlu isə deyib ki, növbəti istiqraz emissiyası 2017-ci ildə baş tuta bilər və SOCAR istiqrazlarının daha çox investoru əhatə etməsi üçün növbəti emissiyanın məbləğinin azı 200 mln. dollar olması nəzərdə tutulub.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı