Modern.az

Türkiyə yeni referenduma gedir

Türkiyə yeni referenduma gedir

Güncel

9 Yanvar 2017, 16:50

Türkiyədə yeni konstitusiya dəyişikliyi aprelin ilk həftəsində baş tuta bilər.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Nürəddin Çanıklı açıqlama verib. Onun sözlərinə görə, yeni dəyişikliklər əsasən, prezident səlahiyyətlərinin genişləndirilməsinə həsr olunacaq.

 

Bu gün ölkə parlamentində başlayana müzakirələr 3 həftə ərzində davam edəcək. Parlamentin müsbət rəyindən sonra yeni konstitusiya referendumunun konkret tarixi təyin olunacacaq. Prezident Rəcəb Tayyip Ərdoğan ölkəni prezident respublikasına çevirmək barədə planlarını açıqlamışdı.

 

Vüqar İSMAYILOV

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı