Modern.az

Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

 Bakıda yaşayış binasında yanğın - 10 nəfər təxliyə edilib

Aktual

17 Aprel 2017, 17:51

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı