Modern.az

Əli Əhmədov:  “Gələn ildən bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək”

Əli Əhmədov:  “Gələn ildən bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək”

Актуально

11 Fevral 2018, 23:24

“Bu ildən Ağdaşda da İcbari Tibbi Sığorta sistemi pilot layihə şəklində tətbiq ediləcək. Gələn ildən etibarən isə bütün ölkədə İcbari Tibbi Sığorta sisteminə keçiləcək”. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.

 

Əli Əhmədov qeyd edib ki, Bəzi çətinliklər və ölkənin Səhiyyə sistemində yeni proses olduğu nəzərə alınaraq İcbari Tibbi Sığortanın tətbiqi mərhələlərlə həyata keçiriləcək.

 

Qeyd edək ki, 2019-cu ildə İcbari Tibbi Sığorta sisteminin ölkə üzrə 600-dən çox xəstəxanada həyata keçirilməsi nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı