Modern.az

Göygöldə 55 baş qoyun oğurlayan dəstə tutuldu

Göygöldə 55 baş qoyun oğurlayan dəstə tutuldu

مورد توجه

22 Mart 2018, 16:09

55 baş qoyun oğurlamaqda şübhəli bilinən Göygöl rayonunun Çaykənd kənd sakini Hüseyn Oruclu, Daşkəsən rayon sakini Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon sakini Elxan Əliyevə məxsus fermadan 55 baş qoyun oğurlamaqda şübhəli bilinən Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən rayon sakini əvvəllər məhkum olunmuş Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı