Salyanda avtomobil aşıb, sürücü ağır xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Qarabağlı kənd sakini 1968 il təvəllüdlü Atayev Çingiz Səbzalı oğlu Gomuşlu kəndi ərazisində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 21011” markalı avtomobili aşırıb. Ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Salyan rayon Polis Şöbəsi araşdırma aparır.