29.08.2018-ci il tarixində Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları başa çatıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, axtarışlar zamanı aşkar edilmiş meyitin E.Quliyevə aid olduğu müəyyən olunub.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 29.08.2018-ci il tarixində Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
Modern.az FHN-ə istinadən xəbər verir ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilkib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.