Modern.az

“Azərpoçt” Dövlət Komitəsininin ittihamlarına cavab VERDİ

“Azərpoçt” Dövlət Komitəsininin ittihamlarına cavab VERDİ

Current

28 Sentyabr 2018, 18:11

“Dövlət Gömrük Komitəsinin rəsmisinin poçt göndərişləri ilə mobil telefonların ölkəyə gətirilməsinə dair verdiyi açıqlamasında “Azərpoçt” MMC-nin əməkdaşları və şöbələri ilə bağlı söylədikləri faktların araşdırılmamış məlumat olduğunu Komitənin rəsmi səhifəsində yayılan xəbərlə DGK  təsdiqlədi”.

Bu barədə “Azərpoçt”dan Modern.az-a daxil olan açıqlamada bildirilir.

Məlumatda qeyd olunur ki, qurumun verdiyi təkzib göstərir ki, söylənən faktlar araşdırılmaqdadır, hələ heç bir nəticə yoxdur və “Azərpoçt” MMC-yə bu cür halların mövcudluğu ilə bağlı rəsmi müraciət olunmayıb.   

 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etdiyini, xüsusilə “Azərpoçt”un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəldiklərini bildirmişdi.

DGK isə sonradan məsələ ilə bağlı açıqlama verərək hər bir fakt üzrə araşdırmalar aparıldığını qeyd etmişdi:

“Yalnız araşdırmaların sonunda qanunvericiliyin pozulması hallarına şərait yaradan gömrük orqanı əməkdaşları və ya digər aidiyyəti şəxslər müəyyən ediləcək və həmin şəxslər haqqında müvafiq tədbirlər görüləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı