Bu günlərdə texnologiya gündəmində olan smartfonlardan biri də Nokia 7.1 nəhayət rəsmi satışa çıxarıldı. Telefon HMD qlobal dizaynı və münasib qiyməti ilə diqqəti cəlb edir. Modern.az xəbər verir ki, istifadəçi seçiminə görə 3 GB və ya 4 GB RAM dəstəklənən Nokia 7.1 iki fərqli- 32 GB və 64 GB yaddaşa malikdir
5,85 düymlü PureDisplay texnologiyasına və 1080 x 2280 piksel ekrana malik Nokia 7.1 Gorilla Glass 3 texnologiyası ilə qorunur.
12MP + 5MP ikili ana kamera modulu telefonun arxasındadır. Ön tərəfdə Aİ köməkçi üz tanıma ilə 8MP selfie kamera var. Kamera tərəfində Zeiss-daşıyıcı qurğuya malik telefon 3060 mAh-lik orta batareya ilə təchiz edilib.
Nokia 7.1 yalnız yarım saatda 50 faizə qədər batareyanı doldura bilir.
Qutudan çıxdıqda, Android 8.1 Oreo ilə gələn cihaz noyabr ayında Android 9 Pie versiyasına yüksələcək.
Telefonun satış qiyməti 349 dollardır.