Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb.
DİN-dən Modern.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 20 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən kənd sakini Abdulrəhman İbiyevin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.