Modern.az

Məhkuma gözyaşardıcı qaz balonu çatdırmağa cəhd

Məhkuma gözyaşardıcı qaz balonu çatdırmağa cəhd

Актуально

8 Oktyabr 2018, 20:18

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə qadağan olunan əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən Modern.az-a verilən məlumata görə, hadisə 15 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əzizov Qurban Alduz oğluna tanışı Bakı şəhər sakini Abbasov Elşən Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd Ukrayna istehsalı olan “TEPEH-1” markalı gözyaşardıcı qaz balonu aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı