Modern.az

Canavarlar Goranboya hücum etdi

Canavarlar Goranboya hücum etdi

Aktual

3 Fevral 2019, 22:11

Goranboy rayonunun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə 93 yaşlı kənd sakini Sarı Əliyevin fərdi təsərrüfatında baş verib.

 

S.Əliyev 40 baş xırdabuynuzlu mal-qaranı tövləyə salaraq evə gedib. Bir müddətdən sonra səs-küyə bayıra çıxıb. Məlum olub ki, həyətə bir neçə canavar girib və qoyunlardan 7-ni parçalayıb. Bir neçə heyvan yaralanıb.

 

Hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı