Modern.az

Azay Quliyev QHT-lərdə çalışan qadınları təbrik etdi

Azay Quliyev QHT-lərdə çalışan qadınları təbrik etdi

Актуально

6 Mart 2019, 17:20
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Leyla Khazari Art Gallery”də 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib.
 
 
Modern.az xəbər verir ki, tədbirdə bir sıra QHT nümayəndələri və qadın jurnalistlər iştirak ediblər.
 
Tədbirdə çıxış edən Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev qeyd edib ki, hər bir kişi bu əlamətdar gün münasibəti ilə Azərbaycan qadınını diqqətdə saxlamalıdır: “Azərbaycan qadınlarına can-sağlığı və uzun ömür arzulayıram, ən xoş niyyətlərimi bildirirəm. Düşünürəm ki, bu gün Azərbaycan qadını, Azərbaycan xanımı sözün əsl mənasında bütün diqqətə layiqdir. Mən hesab edirəm ki, biz kişilər sizin dəstəyiniz sayəsində bir çox işləri həyata keçirməyə müvəffəq oluruq. Bu gün QHT-lərdə çalışan həmkarlarımızın da bu sahənin inkişafında əməyi vardır. Elə bir sahə yoxdur ki, orada bizim qadınlar işləməsin, cəlb edilməsin, problemin həlli ilə məşğul olmasın. Bu gün təxminən 5 mindən çox əməkdaşımız fəaliyyət göstərir. Bunun təxminən 40 faizə qədəri qadınlardır. Əlbəttə, bu çox yaxşı göstəricidir. Dövlət qurumlarında da çalışan qadınların sayı bu istiqamətdə artmaqdadır. Cəmiyyətin ictimai-siyasi məsələlərində də qadınlar daha aktiv rol almalıdır. Bu baxımdan ümumi statistika onu deməyə əsas verir ki, qadınların ictimai-siyasi həyatdakı rolu və missiyası artan xətlə, sürətlə inkişaf etməkdədir”.
 
Tədbir xanımlar üçün təşkil olunmuş musiqi proqramı ilə davam etdirilib.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı