Modern.az

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO

Azərbaycanlıların soyqırımı günündə erməni təxribatı - FOTO

Aktual

27 Mart 2019, 00:28

“Erməni diasporu qondarma Qarabağ rejiminin tanıdılması istiqamətində siyasi təxribatları ilə yanaşı, mədəni təxribatlarını da davam etdirir. Daha bir təxribat isə İspaniyanın Barselona şəhərindən gəlib”. Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

 

"Erməni diasporu mart ayının 31-də qondarma "artsax" adı altında Barselona şəhərində konsert təşkil edəcək. Bu, erməni diasporunun təxribatıdır. Məqsəd ispan cəmiyyətini çaşdırmaq və diqqəti qondarma rejimə yönəltməkdir", - o bildirib.

 

Belə bir tədbirin isə martın 31-də keçirilməsi təsadüf sayılan bilməz. Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının 31 mart Azərbaycanlıların Soyqırım Günündə keçirilməsi onların çirkin niyyətlərini bir daha nümayiş etdirir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı