Modern.az

“İnci” ifaçıları Hindistanda anşlaq yaratdı

“İnci” ifaçıları Hindistanda anşlaq yaratdı

Актуально

5 Aprel 2019, 15:06

“İnci” qanun ifaçıları  Hindistanda keçirilən “World   Sacred Spirit”  adlı beynəlxalq festivalda iştirak edib.

 

Fevral ayında keçirilən tədbir  Hindistanın  Naqaur və Mehrangah kimi tarixi qalalarında təşkil olunub.

 

Proqramla çıxış edən qrup, festivalda “Telli durnalar”  “Reyhan”  kimi qədim Azərbaycan mahnılarını ifa ediblər. “ Bayatı Şiraz”  təsnifi isə qonaqlarda xüsusi maraq yaradıb.

 

“İnci” qrupunun repertuarında qədim xalq rəqsimiz “Nəlbəki”  uyğur əsilli rəqqasənin ifasında təqdim edilib. Azərbaycan musiqiçilərinin ifaları hindistanlı tamaşaçılar və başqa ölkə nümayəndələri tərəfindən maraqla qarşılanıb, kütləvi informasiya vasitələrində qrup haqqında yazılar dərc olunub.

 

Qrup Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə  İsveçrə,Çin, Fransa və bir sıra xarici ölkələrdə Azərbaycan musiqisini təbliğ edib.  

 

Əzizə Zeynal

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı