Modern.az

Kompensasiya düşən vətəndaşların 71,8 faizinə ödəniş edilib

Kompensasiya düşən vətəndaşların 71,8 faizinə ödəniş edilib

Aktual

7 May 2019, 23:27

"Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası çərçivəsində indiyədək 43,3 min məhkəmə işinə xitam verilib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri AzTV-nin "Günün nəbzi" verilişinin efirində Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov bildirib.

 

Orxan İsmayılov bildirib ki, bu da vətəndaşların gərginliyinin azalması, onların sosial rifahının yenidən bərpa olunması deməkdir.

 

Orxan İsmayılov qeyd edib ki, Prezident İlham Əliyevin "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, vaxtilə ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya almalı olan vətəndaşların 71,8%-nə ödəniş edilib: “Ümumilikdə 602347 nəfərə kompensasiya ödənilməlidir. Bunlardan isə 432 677 nəfərə ödənişin həyata keçirildiyi son 15 gün ərzində pul ödənilib. Artıq fərmanın restruktizasiya ilə bağlı hissəsinin icrasına başlanılıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı