Modern.az

Avtovağzallar bayrama görə gücləndirilmiş iş rejiminə keçəcək

Avtovağzallar bayrama görə gücləndirilmiş iş rejiminə keçəcək

Aktual

6 Avqust 2019, 11:08

56 avtovağzal və avtostansiya kompleksində Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimi elan edilib.

 

Dövlət Avtomobil Nəzarəti Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarovanın Modern.az-a verdiyi məlumata görə, bayramın ilk günləri paytaxtdan regionlara səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək:

 

“Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik. Region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur”.

 

DANX rəsmisi sərnişinlərdən xahiş edib ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat versinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı