Modern.az

1-ci sinif şagirdi nədən ölüb? - 16 nömrəli məktəb MƏLUMAT YAYDI

1-ci sinif şagirdi nədən ölüb? - 16 nömrəli məktəb MƏLUMAT YAYDI

Aktual

26 Noyabr 2019, 16:42

Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəb 1-ci sinif şagirdi Xədicə Hətəmlinin ölümü ilə bağlı məlumat yayıb. 

Məktəbdən Modern.az-a daxil olan məlumatda bildirilib ki, bu gün 12:30 radələrində şagirdin halı pisləşib və qıcolma keçirib. 

Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub.

“Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı