Saytlara giriş bərpa olundu.
Modern.az xəbər verir ki, bu dəqiqələrdə dövlət qurumlarının rəsmi saytlarına giriş bərpa olunub.
***
11:05
Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarında problem yaranıb.
Modern.az xəbər verir ki, "gov.az" domein sonluğu ilə bitən bütün rəsmi saytlara giriş mümkün deyil. Bu saatlarda ölkə prezidentinə məxsus "prezident.az" saytına da daxil olmaq cəhdləri mümkünsüzdür.
Qeyd edək ki, dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus serverdə yerləşir. Dövlət qurumlarının saytlarının təhlükəsizliyinə də XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (CERT) cavabdehdir.