***
14:55
Xırdalan şəhərində yanğın hadisəsi baş verib.
Modern.az-ın xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.
Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.