Modern.az

“Qəsdən adam öldürmə cinayətlərinin sayı əvvəlki illə müqayisədə azalıb”

“Qəsdən adam öldürmə cinayətlərinin sayı əvvəlki illə müqayisədə azalıb”

Aktual

9 Yanvar 2020, 17:44

Yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

 

Modern.az-ın məlumatına görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu il məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi dövrü kimi yadda qalmışdır. 3 aprel 2019-cu il tarixdə dövlət başçısı tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

 

Məlumat verilib ki, sözügedən Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində verilmiş tapşırıqların icrası çərçivəsində müvafiq qanun layihələri artıq hazırlanaraq təqdim edilib.

 

Bildirilib ki, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2019-cu ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

 

Diqqətə çatdırılıb ki, 2019-cu ildə prokurorluq orqanları digər hüquq mühafizə, ilk növbədə daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətlərində müəyyən işlər görülüb. Qeydə alınmış həmin cinayətlərin sayı hesabat dövründə əvvəlki illə müqayisədə azalıb, açılma faizi sabit qalıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı