Modern.az

Tural Zeynalov seçicilərini dinləyib - Fotolar

Tural Zeynalov seçicilərini dinləyib - Fotolar

Актуально

6 Fevral 2020, 12:06

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Tural Zeynalov dünən də seçiciləri ilə görüşlərini  davam etdirib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə Şəmkirin Sarıtəpə kəndində seçiciləri ilə bir araya gəlib.

 

Görüş zamanı seçiciləri ilə türk şirkəti olan TİKA-nın  5il bundan öncə inşa etdirdikləri 2 artezian quyusuna baxıblar. Məlum olub ki, İcra hakimiyyəti bu quyuları qeydiyyata almır. Quyuların qeydiyyata alınması üçün pul tələb olunur. İnsanlar isə susuzluqdan əziyyət çəkir. Seçicilər bu məsələlərin aidiyyatı qurumlar qarşısında qaldırılmasını deputatlığa namizəddən xahiş ediblər.

 

Deputatlığa namizəd Tural Zeynalov deputat seçiləcəyi təqdirdə bu məsələlərin həll olunmasına yardımçı olacağını söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı