Modern.az

"Azərbaycanda parlament seçkiləri uğurla keçirilib" - Gürcüstan MSK

Aktual

9 Fevral 2020, 22:53

"Azərbaycanda parlament seçkiləri uğurla keçirilib".

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Georqi Şarabidze deyib.

O qeyd edib ki, bu gün bir sıra seçki məntəqələrində müşahidə aparıb:

"Mərkəzi Seçki Komissiyası bütün lazımi tədbirləri görmüşdü və bütün qaydalara əməl olunurdu. Azərbaycanlı həmkarlarımı təbrik edirəm”.

Gürcüstan MSK sədrinin müavini əlavə edib ki, seçki məntəqələrində seçicilərin səs verməsi üçün lazımı şərait yaradılmışdı:

“Baxmayaraq ki, bu, növbədənkənar seçkilər idi, seçkilərə hazırlıq müddəti məhdud idi, Azərbaycan MSK bütün tədbirləri seçki qanunvericiliyinə uyğun həyata keçirmişdi. Eyni zamanda beynəlxalq müşahidəçilərin seçkiləri müşahidə etməsinə lazımı şərait yaradılmışdı. Seçkiləri müşahidə etmək üçün hər hansı maneə ilə rastlaşmadıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı