Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Kiçik körfəz” adlanan ərazisində ov edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Modern.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Əliyev Hakim olduğu məlum olub.
O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.