Xalq artisti Yaşar Nurinin Akademik Milli Dram Teatrında keçirilən vida mərasimi zamanı mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edib. Modern.az xəbər verir ki, nazir çıxışı zamanı prezident İlham Əliyevin başsağlığını mərhumun ailə üzvlərinə çatdırıb.
Ə.Qarayev deyib: “Bilirsiniz ki, cənab prezident rəsmi səfərdədir. Mən səhər Yaşar Nurinin ölüm xəbərini eşidəndə prezidentə bu barədə məlumat verdim. O, bundan çox kədərləndiyini bildirdi. Mənə tapşırdı ki, Yaşar Nurinin ailəsinə onun adından baş sağlığı verim”
Anar Kəlbiyev