Modern.az

«Yeni il – yeni planlara»

«Yeni il – yeni planlara»

Актуально

17 Dekabr 2012, 16:39

Xəzər İnvestisiya Mərkəzi (CIC) Azərbaycanın Birinci Mobil Operatoru Bakcell ilə birlikdə Mobile Monday (MoMo) layihəsi çərçivəsində Bakıda dekabrın 17-də növbəti tədbir keçirəcək. Tədbirin mövzusu «Yeni il – yeni planlara» həsr olunacaq.

* * *

Yığıncaqda MoMo-nun 2013-cü üçün planları müzakirə olunacaq. Layihə meneceri Aysel Hüseynova “Yeni il – yeni planlar” mövzusunda təqdimat keçirəcək. Layihə qrupu növbəti ilə Fəaliyyət Planının hazırlanmasına başlayıb. İlkin mərhələdə təşkilatçılar Azərbaycanda ən populyar mobil aplikasiyaların müəyyən edilməsi məqsədilə maraqlı dairələr arasında sorğunun keçirilməsini planlaşdırır. Eyni zamanda, pilot formada müxtəlif istiqamətlər üzrə mobil aplikasiyaların tərtibatı üçün komanda formalaşdırmaq niyyəti var. O cümlədən, xəbər, işgüzar və əyləncəli aplikasiyalar. Bundan başqa, 2013-cü il ərzində MoMo Azərbaycanda mobil aplikasiyaların populyarlaşdırılması məqsədilə cəmiyyətin məlumatlandırılması kampaniyasını keçirəcək.

Tədbirin davamında, Amin Quliyev və Şaiq Muradov “Kinotap.az” layihəsinin təqdimatını keçirəcəklər. Paralel olaraq, tədbirdə “Webtec” şirkətinin təmsilçiləri Ruslan Zeynalov və İqor Slavutiç tərəfindən qurumun təqdimatı planlaşdırılır. Təqdimatçılar “Webtec” şirkəti və biznes qurularkən partnyorluq/komanda işi haqqında danışacaqlar. Bundan başqa, şirkətin təmsilçiləri tədbir iştirakçılarını gözəllik salonlarında, spa mərkəzlərində xidmətlərin onlayn sifarişi və digər məsələlər haqqında məlumatlandırılacaqlar.

Mobile Monday təşkilatçıları layihədə iştirak etməkdə maraqlı olan şirkətləri tədbirlərə dəvət etməyi planlaşdırır. Beləliklə, təşkilatçılar öz ideyalarını reallaşdırmaq və biznesini təsis etmək imkanı əldə edəcəklər.

***

Mobile Monday Bakı haqqında ümumi məlumat:

Mobile Monday 2000-ci ildə Finlandiyanın Helsinki şəhərində fəaliyyətə başlayıb. Hal-hazırda Mobile Monday (MoMo) müxtəlif ölkələrin mobil sənaye bazarında rəhbərlər, istehsalçılar və mobil sənayenin nüfuzlu şəxsləri üçün fərqli əməkdaşlıq və biznes imkanları verən açıq platformadır. 2011-ci ildə Bakı 123-cü MobileMonday şəhəri oldu. MoMo-nun Azərbaycanda rəsmi partnyoru ölkənin Birinci Mobil Operatoru Bakcell ilə Xəzər İnvestisiya Mərkəzidir. Lahiyə həmçinin Dünya Bankının InfoDev lahiyəsi tərəfindən  dəstəklənir.

MoMo-nun əsas məqsədləri lokal və dünya bazarından texnoloji innovasiyaların təqdim edilməsi vasitəsi ilə ölkənin mobil sektorunda innovasiyaların sürətləndirilməsi, yeni layihələrin və aplikasiyaların tətbiqidir.

‘Mobile Monday Baku’ haqqında əlavə məlumat www.mobilemonday.azwww.momo.az  resurslarında yerləşdirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı