Modern.az

“Azərsu” Vətən müharibəsinin 47 iştirakçısını işə götürüb

“Azərsu” Vətən müharibəsinin 47 iştirakçısını işə götürüb

Aktual

11 Yanvar 2022, 14:55

"Azərsu" ASC ötən il Vətən müharibəsinin 47 iştirakçısını və 3 şəhid ailəsi üzvünü işlə təmin edib.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Məlumata görə, işlə təmin olunmuş Vətən müharibəsi iştirakçısının 2-si döyüşlərdə yaralanıb.

 

Hazırda “Azərsu”da müharibə iştirakçısı olmuş 900 nəfər çalışır. Onlardan 590-ı I Qarabağ, 309-u II Qarabağ, 1-i isə aprel döyüşlərinin iştirakçısıdır.

 

“Azərsu”yun 188 əməkdaşı Vətən müharibəsində iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivin 21 işçisinin ailə üzvü şəhid olub, 46 ailə üzvü isə yaralanıb. Eyni zamanda səhmdar cəmiyyətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1-i xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb.

 

Qurum son 1 ildə 457 şəhid və 312 qazi ailəsi daxil olmaqla, ümumilikdə 769 ailəni içməli su ilə təmin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı