Modern.az

Azərbaycanda 11.5 milyondan çox vaksin vurulub

Azərbaycanda 11.5 milyondan çox vaksin vurulub

Aktual

11 Yanvar 2022, 16:37

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə 32 735 vaksin vurulub.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 124, buster doza üzrə vaksin olunanların sayı 25 215-dir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı