Modern.az

Azərbaycanda koronavirusa ən az yoluxma hansı ərazidədir?

Azərbaycanda koronavirusa ən az yoluxma hansı ərazidədir?

Aktual

12 Yanvar 2022, 09:00

Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb.

 

Bu barədə Modern.az Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

 

Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı