Modern.az

Meşədə basdırdığı avtomatı götürərkən tutuldu - FOTO

Meşədə basdırdığı avtomatı götürərkən tutuldu - FOTO

Aktual

12 Yanvar 2022, 11:36

Qusar sakinindən avtomat aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

 

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, Qusarda qeydiyyatsız yaşayan əvvəllər məhkum olunmuş Akif Ağaxanov nömrəsi silinmiş AKM markalı silahı, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağı ilə əvvəllər basdırdığı meşə ərazisindən çıxararkən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı