"Azərbaycan Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirir".
Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında deyib:
“Enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. Azərbaycan uzun illər Avropa İttifaqı və ona üzv ölkələr üçün etibarlı neft, eyni zamanda, TAP layihəsinin başa çatdırılması ilə qaz təchizatçısına çevrilib".